Braziliyada qaradərilinin öldürülməsi nəticəsində etirazlar başlayıb - VİDEO


Braziliyanın San-Paulo şəhərində yerləşən Fransa şəbəkəsinə aid “Carrefour” ticarət mərkəzində 40 yaşlı qaradərili alıcı mühafizəçilər tərəfindən döyülərək öldürülüb. 

Qaradərilinin öldürülməsindən sonra “Black Lives Matter” hərəkatının üzvləri ticarət mərkəzinə hücum ediblər. 

Sosial şəbəkələrdə yayımlanan videolarda etirazçılar tərəfindən dükanların talan edilərək yandırıldığı əksini tapıb. Hadisənin əks-sədası Kuritibe və Porto Aleqre şəhərlərində yaşanıb. Burada "Vidas pretas importam" hərəkatının üzvləri analoji addım atıb.


APA

 

DİGƏR XƏBƏRLƏR

Top