Bərdədə ağır yol qəzasında 2 nəfər ölüb, 4 nəfər yaralanıb - FOTO


Bərdədə 2 nəfərin ölümünə, 4 nəfərin yaralanmasına səbəb olan yol qəzası baş verib. 

Hadisə Bərdə-Tərtər yolunda baş verib. 

İki avtomobilin toqquşması nəticəsində adı hələlik məlum olmayan şəxs hadisə yerində həyatını itirib. Digər şəxs, 1988-ci il təvəllüdlü Abbasov Samir Sabir oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına gətirilsə də həkimlər onun həyatını xilas edə bilməyib. 

Qəza nəticəsində xəsarət alan 34 yaşlı Əhmədli Rövşən Teymur oğlu, 34 yaşlı Məmmədov Elgiz Ədilxan oğlu, 22 yaşlı Əliyev İsgəndər İsrail oğlu və 31 yaşlı Abbasov Elşad xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


APA

DİGƏR XƏBƏRLƏR

Top