Ağdam Dövlət Dram Teatrı işğaldan əvvəl və sonra - FOTO

Sosial şəbəkələrdə Ağdam şəhərində yerləşən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının son görüntüsü ilə bağlı foto yayılıb.

Yeniavaz.com xəbər verir ki, ermənilər Azərbaycanın işğal etdiyi digər şəhərlərində olduğu kimi, Ağdamda da bütün yaşayış evləri, mədəniyyət abidələrini tamamilə dağıdıblar.

Müqayisəli paylaşılan fotolar isə bunun sübutudur.

Qeyd edək ki, Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Ə.Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə yaradılıb. İki il gərgin işdən sonra 1904-cü ildə M.F. Axundovun  “Sərgüzəşti-vəziri-xani-Lənkəran”  və Ə.Haqverdiyevin  “Dağılan tifaq”  pyeslərinin tamaşaları ilə açılıb. 

Azərbaycanda fəaliyyət göstərən dram teatrlarından, eləcə də Qarabağ mədəniyyətinin nümumələrindən biri olub. 

1968-ci ildə isə Nazirlər Kabinetinin müvafiq fərmanı ilə artıq Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı olaraq fəaliyyətə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top