Putin Qərb ölkələrinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzatdı


Rusiya Prezidenti Vladimir Putin Qərbin sanksiyalarına cavab olaraq tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin vaxtını uzadıb. 
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, müvafiq fərman Rusiya hökumətinin rəsmi saytında yayımlanıb.
Fərmana əsasən əks sanksiyalar 31 dekabr 2021-ci il tarixinədək qüvvədə uzadılır. Hökumətə fərmanın icrası üçün tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Qeyd edək ki, Rusiya 2014-cü ilin avqust ayından başlayaraq Qərb ölkələrinə sanksiyalar tətbiq etməyə başlayıb. Bu, Ukraynadakı və Krım ətrafındakı vəziyyətə görə Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalara cavab olaraq həyata keçirilib.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top