Şəhid Nadirov Eynullanın ailəsinin sizin yardımınıza ehtiyacı var - FOTOLAR


I Qarabağ Müharibəsində şəhid olan Nadirov Eynullanın həyat yoldaşı Nadirova Gülnarənin sizin yardımınıza ehtiyacı var.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şəhidin oğlu Nadirli Yadigar saytımıza müraciətində bildirib.
Nadirli Yadigar bildirib ki, anası dializ xəstəsidir və banka borcu olduğundan dərmanları almağa imkanı çatmır:
“Atam Nadirov Eynulla 1994-cü ildə I Qarabağ Müharibəsində şəhid olub. Anam Nadirova Gülnarə isə dializ xəstəsidir. Bir il əvvəl böyrəkləri imtina etdi. Həkimə getdik, dedilər ki, dializ xəstəsi olmasın deyə müalicə üçün xarici ölkəyə aparın. Bankdan pul götürdük və analizlər üçün Türkiyə və Gürcüstana getdik. Daha sonra isə İrana gəldik. Tehranda bir həkim müalicəni öz boynuna götürdü. Dedi ki, vaxtı 3-5 il uzadaram. Elə oldu ki, pandemiyaya görə karantin oldu və sərhədlər bağlandı. Biz də dərmanları gətizdirə bilmədik. Bundan sonra anamın vəziyyəti ağırlaşmağa başladı və beyninə qansızma oldu, yaddaşını itirdi, yataq xəstəsi oldu. Beləliklə də, böyrəklər yavaş-yavaş imtina etməyə başladı. Daha sonra 3 dəfə ağır infarkt keçirdi. Həkimlər dedilər ki, Almaniya üsulu ilə müalicə olunmalıdır. Bunun üçün də 10-15 min manat pul lazımdır. Öz adıma bankdan 8200 manat, anamın adına da 4000 min manat pul götürdük. Lakin artıq ödəniş etməyə imkanım çatmır.
Dializə hər dəfə 200 manat veririk, ayda bir dəfə kateter təmizlənməlidir. Bununla yanaşı dərmanlar da bahalıdır. Hazırda həm dərmanlar, həm bank ödənişləri, həm də dializ xərcləri olduğuna görə ödəniş etməkdə çətinlik çəkirəm. Dərmanların hamısı artıq bitib. Müalicə dayanan kimi anamın halı pisləşir. Hamısını almaq üçün 681 manat pul lazımdır. Qeyd edim ki, ümumilikdə 6 respet: həm nevropatoloq, həm uroloq, həm də kardioloq tərəfindən yazılıb”.

Yardım etmək istəyənlər üçün Bank hesabı:
Beynəlxalq Bank: 5167 5133 4665 5012
Əlaqə nömrəsi: (055) 249-49-24
 
 






 

DİGƏR XƏBƏRLƏR

Top