Gürcüstanda təşkilat binasına basqın vaxtı girov götürülənlər azad edilib

Tbilisidə mikromaliyyə təşkilatına silahlı basqın zamanı girov götürülən şəxslərin hamısı sərbəst buraxılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nino Ciorcobiani məlumat verib. Bildirilib ki, basqın edən şəxs polisə təslim olub.

Qeyd edək ki, DİN-in sonuncu açıqlamasında basqın edən şəxsin 11 nəfəri girov götürdüyü bildirilmişdi.

*18:10
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə mikromaliyyə təşkilatının binasına silahlı basqınla bağlı məlumat yayıb.

Patrul Polisi Xidmətinin rəhbəri Vaja Siradze bildirib ki, paytaxtın Tsereteli prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən mikromaliyyə təşkilatının binasına bir nəfər silahlı şəxs basqın edib.
"Bizdə olan məlumata görə, hazırda təşkilatın ofisində 9 girov və bir silahlı basqınçı var. Faktla əlaqədar oğurluq və qeyri-qanuni odlu silah daşıma maddələri ilə cinayət işi açılıb", - deyə V. Siradze bildirib. (apa)
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top