Avstraliya xüsusi təyinatlılarının Əfqanıstanda mülki şəxsləri qətl etməsi ilə bağlı görüntülər yayılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, yeni ortaya çıxan görüntülərdə xüsusi təyinatlı əsgərin mülki şəxsi güllələdiyi görülür. Avstraliyanın Müdafiə naziri Linda Reynold bu kimi sübutları gördükdə şoka düşdüyünü açıqlayıb.
Xatırladaq ki, Avstraliya xüsusi təyinatlılarının, Əfqanıstanda 39 silahsız məhbus və mülki şəxsi öldürdüyü bildirilir. Faktla bağlı cinayət işi başladılıb.