BDU-nun müəllimi bu dəfə “Azərsu” dan 1,5 milyon manatlıq tender uddu - FOTOFAKT


“Azərsu” ASC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, tender müsabiqəsinin qalibi “Kaskad-Hidro” MMC olub. “Kaskad-Hidro” MMC “Azərsu” ASC-yə 1 milyon 491 min 507 manat 2 qəpik dəyərində 33 ədəd “Mərkəzdənqaçma nasosları” satacaq.
Onu da bildirək ki, bu ilin sentyabr ayında “Kaskad-Hidro” MMC  “Hidrofor nasos sistemlərinin təmiri işləri” üçün “Azərsu” ASC-dən 3 milyon 64 min 280 manat 64 qəpik dəyərində daha bir tender udub. Oktyabr ayında isə “Kaskad-Hidro” MMC  “Azərsu” ASC tərəfindən keçirilən 74,4 min və 576,8 min manatlıq daha iki tenderin qalibi olub.
Məlumat üçün bildirək ki, “Kaskad-Hidro” MMC 10.11.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC Nərimanov rayonu, Ziya Bünyadov, ev 110 K ünvanında yerləşir. “Kaskad-Hidro” MMC-nin qanuni təmsilçisi Həmidov Sabir İsa oğludur.
Onu da bildirək ki, Sabir Həmidov 2000-ci ildən Bakı Dövlət Universitetinin "Riyazi kibernetika" kafedrasında dosent vəzifəsində çalışır.




A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top