"Arsenal"ın məşqində futbolçular arasında dava düşdü


İngiltərənin "Arsenal" komandasının yığmaya çağırılmayan futbolçuları üçün məşqdə münaqişə baş verib.

Hazırlıq prosesi zamanı müdafiəçi David Luis yarımmüdafiəçi Daniel Sebalyosu vurub. İnsident sərt toqquşmadan sonra baş verib. Luisin endirdiyi zərbədən sonra Sebalyosun burnundan qan açılıb. O, yerə yıxılsa da, dərhal ayağa qalxaraq, qarşılıq vermək istəyib. Lakin komanda yoldaşları və klub əməkdaşları toqquşmanın daha da böyüməsinə imkan verməyiblər. Hər iki futbolçu evlərinə göndərilib.

Xəbər mətbuatda işıq üzü gördükdən sonra Sebalyos şəxsi tvitterində bunu "feyk" adlandırıb. O, əlavə heç bir şərh verməyib.

Qeyd edək ki, bu mövsüm David Luis "Arsenal"ın heyətində 8 oyunda 1 qol vurub. İspaniya "Real Madrid"indən icarəyə götürülmüş Daniel Sebalyos isə 11 matçda çıxış edib.//Report

DİGƏR XƏBƏRLƏR

Top