“Paşinyanın arvadına dedim ki, siz burdan getsəniz yaxşıdı, 4 saat sonra...” - Erməni general


Ermənistan  Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, general Movses Hakobyan aqlmaqallı açıqlamalar verib.
Yeniavaz.com
xəbər verir ki, Movses Hakobyan Ermənistan mətbuatına verdiyi açıqlamada müharibənin davam etdiyi vaxtda Paşinyanın həyat yoldaşı Anna Hakopyan ilə arasında yaşandığı hadisəni danışıb:
“Komanda məntəqəsinə kənar şəxslərin daxil olması qadağadır. Ancaq, mən ora daxil olanda Anna Hakopyanın Samvel Babayanla orada oturduğunu gördüm. Mən Anna Hakopyana dedim ki, burada əsəblər gərgindir, siz çıxsaz yaxşı olar. O, 20 dəqiqə oturduqdan sonra çıxıb getdi. 4 saatdan sonra Müdafiə naziri məni İrəvana geri çağırdı”.
Movses Hakobyan açıqlamasının davamında bildirir ki, dəfələrlə Baş nazirlə danışmaq və vəziyyətin ağırlığı barədə ona məlumat vermək istəsə də Paşinyanla görüşə bilməyib. Telefon zənglərinə isə cavab verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top