ABŞ hökuməti Rusiyanın kiber hücumları barədə hesabat dərc edib

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqatlar Bürosu ötən gün Rusiyanın zərərli kiber aktivliyi barədə birgə hesabat dərc ediblər. “İnterfaks”ın verdiyi xəbərə görə, 13 səhifəlik hesabatda hərbi və qeyri-hərbi qurumlar tərəfindən istifadə edilən vasitə və maddi-texniki bazanın texniki detalları əks olunub. Məlumata görə, həmin vasitələrdən ABŞ-dakı seçki prosesinə, habelə dövlət, siyasi və fərdi təşkilatlara təsir etmək məqsədi ilə istifadə edilib. Hesabata əsasən, rusiyalı hakerlər 2015-ci ilin yayında və 2016-cı ilin yazında adı çəkilməyən siyasi partiyaya qarşı iki hücum ediblər.

Sənəddə qeyd edilir ki, Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olan hakerlər qeyd olunan hallardan sonra da ABŞ-a qarşı hücumlar törədiblər. Sonuncu dəfə bu cür hücum 2016-cı ilin noyabrında, prezident seçkilərindən bir neçə gün əvvəl baş verib. Hesabatda Rusiya ilə əlaqəsi olduğu ehtimal olunan 50-dək haker qrupunun adları açıqlanıb.APA

DİGƏR XƏBƏRLƏR

Top