Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ortaya çıxdı - itki sayı gizlədilir


Ermənistanın Səhiyyə naziri Arsen Torosyan jurnalistlərə açıqlamasında bu günə  qədər məhkəmə tibbi ekspertizasından keçən hərbçi cəsədlərinin sayını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Aysor.am” məlumat yayıb. Bildirilib ki, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan bu günə  qədər 2425 hərbçinin cəsədinin məhkəmə tibbi ekspertizasından keçirildiyini deyib. Onların 250-dən çoxunun kimliyi isə hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi isə 1586 itkilərinin olduğunu açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top