Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan xanəndə - VİDEO

Torpaqlarımıza azadlıq gətirənlərin sırasında 22 yaşlı şəhid gizir Xudayar Yusiflinin də imzası var.
Yeniavaz.com xəbər verir ki, haqqında "AzTV"nin reportaj hazırladığı X. Yusifli Vətən savaşında qəhrəmanlıq göstərməklə yanaşı, məlahətli səsi ilə də döyüş yoldaşlarına dəstək olub. Düşmən tapdağından təmizlənən Vətən torpağını elə Vətəni tərənnüm edən ifalarla salamlayan həmin tarixi anları mobil telefonunun yaddaşına köçürüb.
Elə bu video sosial şəbəkədə yüzlərlə istifadəçi tərəfindən paylaşılıb.
X.Yusifli oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Televiziyası (AzTV) şəhidimizin ailəsindən reportaj hazrılayıb.
Həmin reportajı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top