Bakıda “Metropark” ticarət mərkəzinin yaxınlığında partlayış baş verib​

Bakının Narimanov rayonunda yanğınla nəticələnən partlayış baş verib. Hadisə “Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında, dörd mərtəbəli yaşayış binasının qarşısındakı avtomobil qarajında baş verib. Yanğın söndürülüb.

Yanğın zamanı alov ətrafa yayılaraq, qarajın yaxınlığında dayanmış “Volkswagen” markalı avtomobilə keçib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.

Xatırladaq ki, yanğınla nəticələnən partlayış baş verib.

Partlayış zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir. APA

DİGƏR XƏBƏRLƏR

Top