Dünyanın ən firavan ölkələrinin SİYAHISI – Azərbaycan 78-ci sırada


Dünyanın aparıcı analitik qurumlarında olan Legatum İnstitutu ("The Legatum Institute") 167 ölkəni əhatə edən "Firavanlıq indeksi" reytinqini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan ötən ilki reytinq siyahısı ilə müqayisədə 13 pillə irəliləyərək 78-ci sıraya yüksəlib. 

Məlumat üçün bildirək ki, Legatum İnstitutu ölkələrin "Firavanlıq indeksi" reytinqini  müxtəlif meyarlar üzrə müəyyən edir. Bunlar iqtisadiyyat, sahibkarlıq üçün imkanlar, dövlət idarəçiliyi, təhsil, səhiyyə, təhlükəsizlik, insan azadlığı, şəxsi kapital və s. meyarlarıdır. Lakin, maddi rifah və şəxsi zənginlik amilləri əsas meyar kimi götürülür.
Azərbaycan "Firavanlıq indeksi" reytinqinə görə 167 ölkə arasında təhlükəsizlik üzrə 89-cu, təhsil üzrə 73-cü, səhiyyə üzrə 57-ci, iqtisadiyyat üzrə 83-cü, dövlət idarəçiliyi üzrə 110-cu, insan azadlığı üzrə 148-ci yerdə qərarlaşıb.
Region və keçmiş sovet ölkələrinin "Firavanlıq indeksi" reytinqindəki mövqeyi son 4 ildə belə olub:

 

2017

2018

2019

 2020

Estoniya

22

22

21

21

Litva

38

32

32

32

Latviya

34

34

34

34

Gürcüstan

61

55

53

53

Ermənistan

67

68

63

55

Qazaxıstan

78

66

66

62

Belarus

80

71

70

69

Rusiya

82

74

75

76

Moldova

92

88

83

80

Qırğızıstan

106

89

89

90

Türkiyə

77

84

92

94

Azərbaycan

101

97

91

78

Ukrayna

86

99

96

92

Özbəkistan

107

104

102

97

Türkmənistan

104

109

113

109

Tacikistan

122

115

110

112

İran

119

117

119

120


Onu da bildirib ki, "Firavanlıq indeksi" reytinqinə Danimarka başçılıq edir. İlk onluğa həmçinin Norveç, İsveçrə, İsveç, Finlandiya, Niderland, Yeni Zelandiya, Almaniya, Lüksemburq və Avstriya daxildir.
Ən aşağı indeksə malik olan dövlətlər sırasında Cənubi Sudan (167-ci yer), Mərkəzi Afrika Respublikası (166-ci yer), Yəmən (165-ci yer), Çad (164-cü yer), Somali (163-cü yer),  Əfqanıstan (162-ci yer), Konqo Respublikası (161-ci yer) yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top