"Danışmağım qadağan edilib" - Aqil Abbas

Bu gün Azərbaycan xalqını təbrik etməklə kifayətlənirəm.

Yeniavaz.com xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas ölkə.az-a açıqlamasında bildirib.

“Azərbaycan xalqını həmrəylik günü münasibətilə təbrik edirəm. Heç kəs Azərbaycan xalqını sındıra bilməz, əyə bilməz, işğal edə bilməz. Çünki artıq Azərbaycan azadlığın nə olduğunu bilir və Ulu Öndərin qurduğu Azərbaycanı heç kim dağıda bilməz”, - millət vəkili deyib.

Daha sonra heç bir açıqlama vermək istəməyən deputat ona qadağa qoyulduğunu qeyd edib:

“Mənə embarqo qoyulub. Ailəm tərəfimdən danışmağım qadağan edilib. Hər müsahibəmdən sonra respublikada “it yiyəsini tanımır”.

DİGƏR XƏBƏRLƏR

Top