Putin: "Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsidir”


Ermənistan özü Dağlıq Qarabağın suverenliyini tanımayıb. Bu o deməkdir ki,  Beynəlxalq hüquqa görə, Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsidir”.
Yeniavaz.com xəbər verir ki, bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.
Putin bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yalnız üzv ölkələrdən birinin ərazisinə hücum olduğu halda müdaxilə edə bilər: “Ermənistan Respublikasının ərazisinə heç bir hücum yox idi. Bu bizə hərbi əməliyyatlarda birbaşa iştirak etmək haqqı vermir”.

DİGƏR XƏBƏRLƏR

Top