Rusiya qırıcıları ilk dəfə Əl-Babda İŞİD-i vurdu

Rusiyaya məxsus qırıcı təyyarələr ötən gecə Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun mühasirəyə aldığl Əl-Bab bölgəsinin cənubundakı İŞİD terror qruplaşmasının mövqelərini bombalayıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya qırıcıları ilk dəfə olaraq Əl-Babdakı İŞİD mövqelərinə hava zərbələri endirib. Rusiya təyyarələri Əl-Babın mərkəzindəki İŞİD silahlılarını deyil, şəhərin cənubundakı terror bölgələrini hədəf alıb.

DİGƏR XƏBƏRLƏR

Top