Artsrun Hovannisyan döyülüb


Ermənistan Müdafiə Nazirliyinin (MN) sabiq nümayəndəsi Artsrun Hovannisyan dünən gecə iki nəfərin hücumuna məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, özünün “facebook” səhifəsində yazıb. A. Hovannisyan bildirib ki,  noyabrın 9-dan etibarən ünvanına müxtəlif təhdidlər alıb: "Lakin əhəmiyyət verməmişəm. Dünən gecə xoşbəxtlikdən özümü müdafiə edə bildim. Mən heç kimdən qorxmuram və heç kimi düşmən hesab etmirəm”.
Ermənistan MN-in sabiq nümayəndəsi vurğulayıb ki, ölüm təhdidləri bu gün də davam etdiyi üçün polisə müraciət  edəcək.
Qeyd edək ki, erməni KİV-i Hovannisyanın döyüldüyünü yazıb.

DİGƏR XƏBƏRLƏR

Top