Beynəlxalq Qırmızı Xaç Komitəsi: “Artıq 200 cəsədin mübadiləsi aparılıb”


Qarabağ müharibəsi vaxtı ölən 200 döyüşçünün cəsədlərinin mübadiləsi aparılıb.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer məlumat verib.
Maurer fəaliyyətlərini davam etdirdiklərini deyib. O həmçinin Rusiyalı sülhməramlılarının bu işdə dəstəyi üçün təşəkkür edib.
Qeyd edək ki, çərşənbə axşamı, Maurer Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşəcək.

DİGƏR XƏBƏRLƏR

Top