Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda 26 min 312 nikah qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, nikahların 2 min 897-si “Şadlıq evləri”nin bağlı olduğu bu ilin sentybar ayında qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin sentyabr ayında Azərbaycanda 4 min 735 nikah qeydə alınıb.
Nikahlardan fərqli olaraq boşanmaların sayı artıb. Belə ki, ötən ilin sentyabr ayında 1396 boşanma qeydə alındığı halda, bu ilin sentyabr ayında 1445 boşanma qeydə alınıb.