"Şahdəniz"dən nə qədər qaz hasil olundğu AÇIQLANDI


Bu ilin ilk 9 ayı ərzində "Şahdəniz" layihəsi üzrə fəaliyyətlərə təqribən 620 milyon dollar əməliyyat xərcləri və təqribən 719 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. 
Yeniavaz.com
 xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2019-cu ilin ilk 9 ayında "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 481 milyon dollar əməliyyat xərcləri və 818 milyon dollar əsaslı xərclər çəkilib.
2020-ci ilin ilk 9 ayında "Şahdəniz" yatağından 13,3 milyard standart kubmetr qaz və 2,7 milyon ton kondensat hasil edilib. Qeyd edək ki, 2019-cu ilin ilk 9 ayında yataqdan 12,2 milyard standart kubmetr qaz və 2,6 milyon ton kondensat hasil olunub.
Xatırladaq ki, “Şahdəniz” layihəsində BP (operator - 28,8%), Petronas (15,5%),  TPAO (19%), AzŞD (10%), LUKOYL (10%), NİKO (10%) və Cənub Gaz Dəhlizi Upsrim (6,7%) şirkətləri iştirak edirlər.

DİGƏR XƏBƏRLƏR

Top