Qarabağdan Ermənistana köçürülən heyvanlar üçün komissiya yaradıldı


Müharibə zonasından Ermənistana hərəkət edən canlı heyvanların, eləcə də ətlərin hərəkətinə nəzarət etmək, heyvanlardakı yoluxucu xəstəliklərin insanlara keçməsinin qarşısını almaq məqsədilə xüsusi komissiya yaradılıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, belə bir komissiyanın yaradılması Qida Təhlükəsizliyi Müfəttişliyinin təşəbbüsü ilə  baş tutub.
Bildirilir ki, komissiyada baytarlıq sahəsilə məşğul olan elmi və qeyri-hökumət təşkilatlarının, habelə bu sahədəki müvafiq strukturların nümayəndələri təmsil olunacaq.
Açqılanan məlumata görə, hazırda hərəkəti açıq şəkildə qeydə alınan 3191 canlı heyvan Qarabağdan Ermənistana köçürülüb. Daşınan heyvanların peyvəndlənməsi dövlət sifarişi çərçivəsində Ermənistan İqtisadiyyat Nazirliyi ilə birlikdə aparılır.

DİGƏR XƏBƏRLƏR

Top