Sosial şəbəkələrdə fotosu yayılan meyitin kimliyi məlum oldu - RƏSMİ + FOTO

Sosial şəbəkələrdə yayılan fotodakı meyitin kimliyi məlum olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nəsimi rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, noyabrın 15-də saat 16 radələrində 1984-cü il təvəllüdlü Ramin Əliyevin Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında özünə məxsus yivsiz ov silahı ilə baş nahiyyəsinə atəş açaraq özünü öldürməsi barədə Nəsimi rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, zəruri ekspertizalar təyin edilib.
İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, foto binanın pəncərəsində sakinlər tərəfindən hadisə olan gün. yəni, noyabrın 15-də çəkilib. R.Əliyev 10-AA-317 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin arxa hissəsində qan içərisində yerə uzanıb. Meyitin yanında isə onun intihar etdiyi odlu silah var.

DİGƏR XƏBƏRLƏR

Top