Bu il 37 azərbaycanlı işçi BP-dəki işini itirib


Bu  ilin ilk 3 rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 497 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.  
Yeniavaz.com
 xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib.
Məlumat üçün bildirək ki, 2019-ci ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 534 nəfər olub. Rəqəmlərdən də göründüyü kimi  bu ilin ilk 9 ayı ərzində BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 37 nəfər azalıb.

DİGƏR XƏBƏRLƏR

Top