Müəllimlərin işə qəbulu qaydalarına yenidən baxılır - Təhsil Nazirliyi

Müəllimlərin işə qəbulu qaydalarına yenidən baxılır.

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

F.Qədirovun sözlərinə görə, şəffaflıq və obyektivlik baxımından hər il qaydalara yenidən baxılır: "Növbəti il üçün hansısa dəyişikliklər olacaqsa, məlumat ictimaiyyətə açıqlanacaq".

F.Qədirov bildirib ki, bu il 32 minə yaxın adam müəllimlərin işə qəbulu üçün müraciət edib: “ 2400-dən çox müəllim işə qəbul olunub. 1758 gənc müəllimə həvəsləndirmə tədbirləri tətbiq edilib. Bütün bunlar ölkənin ümumtəhsil məktəblərində müəllim kadrlarının keyfiyyət baxımından yenilənməsinə, ümumu təhsilin keyfiyyətinin artmasına təsir edən amildir”.

Qurum rəsmisi onu da əlavə edib ki, bu il müəyyən səbəblərdən diaqnostik qiymətləndirmədən keçməmiş müəllimlərlə bağlı dəqiqləşmələr aparılır və növbəti ilin əvvəlində onlar üçün qiymətləndirilmə aparılacaq. Lent.az

DİGƏR XƏBƏRLƏR

Top