![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/11/16/1/b1cad2cf-9ef6-460f-99e3-f0f865f2ea54/koronavirus-covid_637411515064647611.jpg)
İranda yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, İranda son 24 saatda 486 nəfər COVİD-19-dan dünyasını dəyişib, 13 min 53 nəfər isə həmin xəstəliyə yoluxub. Nəticədə, İranda koronavirusdan ölənlərin ümumi sayı 41 min 979-a, yoluxanların sayı isə 775 min 121-ə çatıb. 564 min 699 nəfər isə müalicə alaraq sağalıb.