Putin və Makron növbəti dəfə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib


Rusiya lideri Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, hər iki prezident telefon danışığı zamanı Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə edib. Putin Qarabağ bölgəsində yerləşdirilən sülhməramlı qüvvələr və bölgədə vəziyyətin sabitləşməsi barədə məlumat verib. Liderlər bundan əlavə, Dağlıq Qarabağda qaçqınların daimi yaşayış yerlərinə qayıtması, əhalinin normal həyatı üçün şəraitin yaradılması, infrastrukturun bərpası barədə də danışıblar
 
 

DİGƏR XƏBƏRLƏR

Top