Xəbər verdiyimiz kimi Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana göndərilməsi ilə bağlı Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilən memorondum layihəsi Türkiyə Parlamentinə (TBMM) göndərilib.
Yeniavaz.com “Haberler.com”a istinadən xəbər verir ki, təqdim olunan sənədə əsasən, Konstitusiyanın 92-ci maddəsinə uyğun olaraq Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanın nəzərdə tutduğu yerdə ortaq mərkəzdə bir il müddətinə xidmət etməsi nəzərdə tutulub.