"Qara bazarın fəaliyyətini tam şəkildə məhdudlaşdırmaq çətin olacaq"

Son vaxtlar hüquq-mühafizə orqanları tərəfindən qara bazarda dollar alış-satışı ilə məşğul olanlara qarşı müəyyən tədbirlərin həyata keçirilməsinə baxmayaraq adı çəkilən sahədə məhdud şəkildə olsa da öz fəaliyyətini davm etdirməkdədir. Bəs həyata keçirilən müvafiq tədbirlər niyə qara bazarın fəaliyyətinin tam şəkildə dayandırılması mümkün olmur? Bununla əlaqədar "Yeniavaz.com"a verdiyi açıqlamasında ekspert Azər Mehdiyev qara bazarın fəaliyyətinin yenidən canlanmasının ölkə daxilində dollara olan tələbatın artması ilə əlaqədar olduğunu söylədi. Azər Mehdiyev: "SSRİ kimi güclü dövlət belə qadağalarla qara bazarın fəaliyyətinə son qoya bilmədi. Çünki əgər əhalinin dollara olan tələbatı ödənilmirsə, onda bu funksiyanı işbazlar öz üzərlərinə götürməli olurlar. Azərbaycanda neçə illər idi ki, qara bazar fəaliyyət göstərmirdi. Ancaq manatın devalvasiyasından sonra dollara olan tələbatın arması və bankların bunun öhdəsindən gələ bilməmələri qara bazarın fəaliyyətini yenidən canlandırıb. Buna qarşı mübarizə aparılsa da, qara bazarın fəaliyyətinə tam şəkildə son qoymaq çətin olacaq. Belə hesab edirəm ki, qara bazarın fəaliyyətinə son qoyulmas üçün yeganə çıxış yolu ölkə daxilindəki banklar tərəfindən əhalinin dollara olan tələbatının tam şəkildə ödənilməsi ola bilər"-dedi.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top