Mxitaryan: Ən çox sevindiyim qol Türkiyə yığmasına vurduğum qol olub

Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryan ən çox sevindiyi qol və ən sevimli futbolçuları haqqında danışıb. “Yeniavaz.com”un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu qeyd edib ki, ən çox həyəcanlandığı qol Türkiyə millisinin qapısına vurduğu qol olub: “Ən çox sevindiyim qol 2009-cu ildə Türkiyəyə vurduğum qol olub. Həmin vaxt gənclərdən ibarət yığmanın heyətində oynayırdım. İndi isə vurduğum ən yaxşı qolun hansı olduğunu deyə bilmərəm. Onların sayı çoxdur, ümid edirəm ki, daha çox olacaq”. H. Mxitaryan əlavə edib ki, Erik Kontanın dövründə “Mançester Yunayted”in oyunlarına başlamağa başlayıb: “Onun oyununu izləyirdim. Həm də Andrey Kançelski də xoşuma gəlirdi, çünki rus idi. Peşəkar olanda isə Zinəddin Zidana pərəstişkarlıq etdim”.

DİGƏR XƏBƏRLƏR

Top