Moldovada prezident seçkilərinin ikinci turu keçirilir


Bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçirilir.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, ölkə vətəndaşları növbəti dörd il üçün dövlət başçısını seçirlər.
Moldovada noyabrın 1-də keçirilən prezident seçkilərində namizədlərdən heç biri elektoratın 50% dəstəyini qazanmadı.
Seçkilərin nəticələrinə əsasən müxalifət lideri, Hərəkət və Həmrəylik Partiyasının sədri, sabiq Baş nazir Maya Sandu 36,1% səs toplayıb.
Hazırkı dövlət başçısı İqor Dodon isə seçicilərin 32,6% səs toplayıb.
Bildirilir ki, Moldovada 2 mindən çox seçki məntəqəsi var, 139 məntəqə isə ölkə  xaricində yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top