“Barselona”nın yeni baş məşqçisi məlum olub

İspaniyanın “Barselona” komandasının yeni baş məşqçisi məlum olub. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hazırkı baş məşqçi Luis Enrike mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmayacağını açıqlayandan sonra Kataloniya təmsilçisi yeni baş məşqşçi axtarışına başlamışdı. Klub rəhbərliyi Portuqaliyanın “Benfika” komandasının baş məşqçisi Rui Vitpria ilə razılığa gəlib. 46 yaşlı R. Vitoria gələn mövsüm “Barselona”nı çalışdıracaq. O, ötən mövsüm “Benfika” ilə ölkə çempionluğunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top