“Mercedes” S-Class-larını Rusiyadan geri qaytarır

Almaniyanın “Mercedes” avtomobil konserinin Rusiyadakı dileri “Mercedes-Benz RUS” SC 208 ədəd S-Class (217) avtomobilini Rusiyadan geri çağırır. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyi bildirib ki, 2015-ci ilin noyabrından 2016-cı ilin martınadək satılmış avtomobillər geri alınır. Belə ki, həmin avtomobillərdə hərəkətin başlanılmasından əvvəl təhlükəsizlik kəmərini verən qurğu ilkin vəziyyətini tutmaya bilər və müvafiq olaraq irəli çıxmş vəziyyətdə qala bilər. Avtomobil sahibləri üçün bütün təmir işləri pulsuz aparılacaq.

DİGƏR XƏBƏRLƏR

Top