“Rusiyanın nümayəndə heyəti ilə Dağlıq Qarabağda Birgə Monitorunq Mərkəzi ilə bağlı danışıqlar bu gün də davam etdiriləcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verib.
Məlumatda bildirilir:
“İmzalanan atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesini yaxından izləyəcəyimizi, güzəştə getməyə imkan verməyəcəyimizi, ehtiyac olduğu halda tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi verəcəyimizi bir daha vurğulamaq istəyirik. Azərbaycanın davası bizim davamız, sevinci sevincimiz, kədəri kədərimizdir".
Qeyd edək ki, nümayəndə heyətləri arasında ilk görüş dünən baş tutub.