Rus səfirinin qatilinin rusiyalı qadınla əlaqəsi üzə çıxıb

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən Mövlud Altıntaşın rəfiqəsi olan Rusiya vətəndaşı Moskvada qətlin istintaqı çərçivəsində dindirilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə mətbuatı xəbər verib. İstintaq səfirin qatilinin hazırda Moskvada yaşayan Rusiya vətəndaşı ilə əlaqəsini üzə çıxarıb. Müəyyən edilib ki, M. Altıntaşın onunla Ankarada əlaqəsi olub. O, A. Karlovun qətlinədək Moskvaya gedib. Rusiyalı müstəntiqlər qadını taparaq onu dindiriblər. Qadın təsdiq edib ki, müəyyən müddət M. Altıntaşa münasibət saxlayıb.

DİGƏR XƏBƏRLƏR

Top