Karlos Tevez dünyanın ən çox qazanan futbolçusu oldu

Argentinalı Karlos Tevez Çinin “Şanxay Şenxua” klubuna keçməklə dünyanın ən çox qazanan futbolçusu oldu. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, hücumçu Çinə Argentinanın “Boka Xuniors” komandasından transfer edilib. K. Tevez Çin klubunda həftədə 615 min avro qazanacaq ki, bu da əvvəlki rekordçu Kriştiano Ronaldodun qazandığından (365 min avro) təqribən iki dəfə çoxdur. Hazırda “Şanxay Şenxua”nın tərkibində seneqallı Demba Ba, nigeriyalı Obafemi Martins və kolumbiyalı Freddi Quarin kimi tanınmış futbolçular çıxış edirlər.

DİGƏR XƏBƏRLƏR

Top