Rus blogerin İrəvanda çətin anları: "Artıq sizin nasist propoqandanızı çəkməyəcəyəm" – VİDEO


Ermənistan Parlamentinin qarşısında Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan bəyanatın şərtlərinə etiraz edən ermənilər ilə Rusiyanın tanınmış blogeri Aleksey Romanov arasında maraqlı dialoq yaşanıb.
Yeniavaz.com xəbər verir ki, aksiya iştirakçısı yaşlı qadın Rusiyanı Ermənistana xəyanətdə günahlandırıb. Bloger bunun səbəbini soruşduqda isə o belə cavab verib: “Müsəlman Rusiyanı ələ keçirib”.
Bundan sonra isə A. Romanov bildirib ki, “mən sizin bu nasist propaqandanızı çəkməyəcəyəm”.
Bloger həmçinin başqa bir mitinq iştirakçısına belə bir sual yönəldib: “Rusiya Qarabağa ordu yeridib, Qarabağ uğrunda vuruşmalı idi?”. Etirazçı isə bildirib ki, “bəli”. Lakin bu zaman başqa bir mitinq iştirakçısı razı olmadığını deyib və bildirib ki, Rusiya sadəcə silah-sursat verərək kömək etməli idi. A. Romanov Rusiyanın bunu onsuz da etdiyini bildirib və sualı yeniləyib, amma bu dəfə cavab ala bilməyib.
Daha sonra bloger özünü lentə alaraq əldə olunan razılaşma ilə bağlı fikirlərini bildirib:
"II Qarabağ müharibəsini sonlandıran razılaşmanın mənasını anlamaq üçün biz, 28 il əvvə I Qarabağ müharibəsinin nə ilə bitdiyini xatırlamalıyıq. O zaman Ermənistan qanlı, uzunmüddətli müharibə nəticəsində Dağlıq Qarabağla yanaşı ətraf 7 rayonu da tutmağa müvəffəq olmuşdu. Bu hissəni təhlükəsiz zona adlandırırdılar. Bu 7 rayonun ümumi ərazisi Dağlıq Qarabağın sahəsi ilə eyni ölçüdədir. Orada 600 mindən çox insan yaşayırdı. Yaşayırdı! Onların hamısı məcburi köçkün oldu. Bu SSRİ miqyasında ən böyük etnik təmizləmə idi”.

DİGƏR XƏBƏRLƏR

Top