Türkiyənin də yer aldığı “Avro-2020”də qrupların tərkibi dəqiqləşdi - SİYAHI


Ölkələr arasında keçirilən “Avro-2020” futbol çempionatının bütün qruplarının tərkibi dəqiqləşib.
Yeniavaz.com
“UEFA”nın rəsmi saytına istinadən həmin siyahını təqdim edir:
A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə
B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya
C qrupu: Hollandiya, Ukrayna, Avstriya, Şimali Makedoniya
D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çex Respublikası
E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya
F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya
Xatırladaq ki, pandemiya səbəbilə “Avro-2020”nin final mərhələsi 1 il sonraya təxirə salınmışdı. Qitə çempionatı 2021-ci il iyunun 11-dən iyulun 11-dək Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçiriləcək.
Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin bir oyunu olacaq.

DİGƏR XƏBƏRLƏR

Top