Şuşanın işğal günündə Milli Məclisdə çıxış edən Əsra yenidən parlamentdə danışdı - VİDEO


May ayının 8-də Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı parlamentə dəvət edilən şuşalı Əsra Məmmədli yenidən parlamentdə kürsüyə dəvət edilib.
Yeniavaz.com
xəbər verir ki, Milli Məclisin spikeri Sahibə Qafarovanın kürsüyə dəvət etdiyi Ə. Məmmədli artıq məcburi köçkün olmadığını bildirib:
“Mən Şuşadanam, artıq azad Şuşadan. Azad Qarabağdanam. Bir neçə ay əvvəl burada çıxış edərkən təsəvvür belə etməzdim ki, vətənə qovuşmaq və Şuşanı görmək bu qədər yaxın olacaq. Bilirsiniz bu necə hissdir? Bəli, artıq hamımız bilirik. Bütün dünya bilir. Bilir ki, işğala son qoyuldu. Bilir ki, Azərbaycan əsgəri, Azərbaycan xalqı öz torpağına sahib çıxdı, qanı və canı bahasına. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan Orusu bizi doğma torpaqlarımıza qovuşdurdu. Bizim bayrağımız artıq Şuşadadır. Artıq Şuşa məscidində azan səslənir. Mən artıq qaçqın deyiləm, köçkün deyiləm. Mən evimizə qayıdıram. Bizim ailəmiz babalarımın evinə qayıdır. Mən sizin hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Qarabağ bizi gözləyir, çünki Qarabağ Azərbaycandır”.
Xatırladaq ki, bu il may ayının 8-də, Şuşanın işğal günündə Əsra Məmmədli Milli Məclisdə çıxış etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top