"Bakıda bu yerdə sürücülər sürət rejimini kütləvi olaraq pozurlar"

"Paytaxtın Ziya Bünyadov prospektindəki tunelə radar quraşdırılıb, sürəti 70-i keçən avtomobilləri çəkir". Bir neçə gündür xəbər saytlarında, sosial şəbəkələrdə bu barədə xəbərdarlıq paylaşılır, hamı bir-birinə məlumat verir. Yeniavaz.com saytının məlumatına görə, nəqliyyat eksperti Ərşad Hüseynov bu məsələyə münasibət bildirib.

"Z. Bünyadov prospektində radarlar qoyulub" xəbəri sürətlə yayıldı. Elə bil hamı çoxdan bunu gözləyirmiş. Doğruluğunu da bilən yoxdur. Maraqlı gələn odur ki, bu prospektdə deyilən yerdə sürücülər sürət rejimini kütləvi olaraq pozurlar. Səbəbi də orta statistik sürcünün vərdişlə, qabağında gedənə baxıb sürməsidir",-deyə ekspert bildirib.

Ərşad Hüseynov bu fikirdədir ki, istənilən yolda və küçədə bircə nəfər əhlikef sürücü əksəriyyəti qayda pozmağa təhrik edə bilər: "Hörmətli sürücülər, yolda hərəkət vaxtı yolu kitabın sətirləri kimi oxumalısınız, bircə hərf də buraxmaq olmaz. Belə etsəniz, bütün nişanları da, xətləri də, hətta radarları da görə biləcəksiniz. Səhviniz və cəriməniz olmayacaq. Yanınızda şütüyənlərə baxıb sürsəniz, gündəlik büdcədən cəriməni də kənara qoymalı olacaqsınız".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top