Məişət zorakılığı törədənlərin 92 faizi orta təhsillidir

Azərbaycanda məişət zorakılığını törədən şəxslərin təhsil səviyyəsi açıqlanıb.

Yeniavaz.com saytının APA-ya istinadən xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov komitənin kollegiya iclasında bildirib ki, məişət zorakılığını törədən şəxslərin 1,1%-i ali, 3,8%-i orta ixtisas, 3,2%-i ilk peşə ixtisas, 91,9%-i isə tam orta təhsillidir.

"Ailə-məişət zəminində törədilən cinayətlərə, zorakılıq hallarına gəldikdə deməliyəm ki, cinayətlərin 95,7%-i kişilərin, 4,3%-i isə qadınların payına düşür" - deyə şöbə müdiri qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top