Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovannisyan istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun özü "facebook" vasitəsilə açıqlama yayıb. Bildirib ki, ölkə ictimaiyyətinə çatdırdığı bütün xəbərlər Ermənistan silahlı qüvvələrinin baş Qərargahı və “müdafiə ordusu” tərəfindən təqdim edilən məlumatlara əsaslanıb.
Hovannisyan bundan sonra Ermənistan ordusu naminə elmi fəaliyyətlə məşğul olacağını qeyd edib.