Rusiya, Türkiyə və İran Suriyanı təsir dairələrinə bölmək istəyir

Rusiya, Türkiyə və İran arasında sövdələşmə çərçivəsində Suriya bir neçə qeyri-rəsmi təsir dairəsinə bölünə bilər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi bir neçə mənbəyə istinadən məlumat verib. Agentliyin məlumatına əsasən, Suriya prezidenti Bəşər Əsəd ən azı növbəti seçkilərədək vəzifəsini qoruyacaq. Bundan sonra dövlət başçısı vəzifəsini başqa namizəd tutacaq. B. Əsəd və onun ailəsinin təhlükəsizliyinə təminat veriləcək. Sövdələşmə hazırlanma mərhələsindədir, onu Suriya hakimiyyəti, üsyançılar, Fars körfəzi ölkələri və ABŞ ilə razılaşdırmaq lazımdır. Bu saziş B. Əsədin nəzarəti altında olan federal strukturlar çərçivəsində muxtariyyətlər yaratmağa imkan verəcək.

DİGƏR XƏBƏRLƏR

Top