Türkiyənin “TRT Haber” televiziya kanalı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqəsini təmin edəcək yol barədə süjet hazırlayıb.
Yeniavaz.com xəbər verir ki, reportajda avtomobil yolundan savayı ərazidə dəmir yolu xəttinin də mövcud olduğu qeyd olunub və bildirilib ki, razılaşmaya əsasən, bu dəmiryolu xəttinin xidmətlərindən də istifadə olunacaq.
Xatırladaq ki, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatının 9-cu bəndində Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanı birləşdirən yeni nəqliyyat kommunikasiyalarının təmin edilməsi haqqında razılıq əldə olunub.
TRT Haber Azerbaycan-Nahçıvan koridorunda.
— TRT Haber Canlı (@trthabercanli) November 12, 2020
Sovyetler Birliği döneminde var olan yollar yeniden açılacak. Aynı bölgedeki hattın da aktif hale getirilmesi bekleniyor. Koridorun güvenliğini Rusya Sınır Güvenlik Servisi sağlayacak. pic.twitter.com/5H8KDYlOuU