“Bu gün telekanalların əksəriyyəti Azərbaycan xalqına qarşı mənəvi cinayət törədirlər”-Tahir İmanov

“Müstəqillik deyəndə, ilk ağlıma gələn Ümummilli Lider Heydər Əliyevdir. Çünki ilk dəfə müstəqil Azərbaycan bayrağını rəsmi şəkildə ucaldan məhz o şəxsiyyət olub ”. "Parni iz Baku" KVN komandasının üzvü, Azərbaycanın əməkdar artisti Tahir İmanov Ölkə.Az-a müstəqillik günü ilə bağlı fikirlərini bölüşüb açıqlamasında bildirib. O, həmin dövrü çətin və qürurlu tarix adlandırıb: “Müstəqillik deyəndə, çətin günlər yadıma düşür. O vaxtlar 17-18 yaşım vardı. Təsəvvür edin, məktəbi bir dövlətdə bitirmişdim, amma instituta daxil olanda başqa dövlətdə idim. Bu Sovet dövründən müstəqil Azərbaycana keçid idi. Mənim üçün müstəqilliyimizin rəmzlərindən biri də də ANS telekanalıdır. Bu sözü deməkdən də sözdən qorxmuram. Təvazükarlığa görə üzr istəyirəm, “Parni iz Baku” (Bakılı oğlanlar) komandası da məhz bu sıralardadır”.

Tahir İmanov deyir ki, həmin dövr ilk dəfə olaraq məhz “Parni iz Baku” komandası incəsənət adamları arasında Azərbaycan bayrağını qaldırıb:“İndi hamı danışır ki, “ilk dəfə biz bunu etdik”. “Parni iz Baku” da çoxlu ilklərə imza atıb. İlk dəfə olaraq öllkədən kənar üç rəngli bayrağımızı incəsənət adamları arasında məhz “Parni iz Baku” komandası qaldırıb. Daha sonra idmançılarımız başladılar. Həmin il, 1992-ci ildə Barselonada olimpiada keçirilirdi. Azərbaycan MDB ölkələri yığmasında iştirak edirdi. Bayrağı biz onlardan da qabaq qaldırmışıq”.

Tahir İmanovun sözlərinə görə, bu qədər əməyə baxmayaraq. Hansısa məmurlar onları yerli kanallarda görünməyə imkan vermirlər:“Xidmətlərimizə görə, bizi bu gün yerli telekanallara buraxmırlar. Ona görə ki, biz Azərbaycanı təmsil etmişik. Azərbaycana analoqu olmayan kuboklar gətirmişik. Bildiyiniz kimi “Parni iz Baku” komandası 20-ci əsrin çempionu idi. Tənqidə dözməyən məmurlarımız bir zənglə, bir düyməni basmaqla “Parni iz Baku” komandasını telekanallardan təcrid ediblər. Artıq il yarımdır biz efirlərə çıxmırıq. Bir tərəfdən mən sevinirəm. Sevinirəm ki, bu gün televiziya kanallarında yoxuq. Çünki onların bir çoxu mənəvi cinayət törədirlər. Mən şükr edirəm ki, biz bu prosesdə iştirak etmirik. Bele televiziyada olmaqdansa, olmamaq daha yaxşıdır. İnşallah ANS açılar və ora dəvət edərlər. İnanıram ki, həqiqət ölkə başçımıza çatdırılacaq. Ölkə başçımız çox müdrik insandır”.

Gələcək planları haqqında danışmaq istəməyən Tahir İmanov bunun da səbəbini məmurların onlara qarşı qısqanclıq hissi ilə yanaşması ilə izah edir: “Məmurlar eşitsələr yenə də, həmin planların həyata keçməməsi üçün ziddiyyət törədərlər. Ən böyük planımız oduir ki, gələn ilin yazında Rusiyada, Kalininqraddan Vladivostoka qədər bütün kinoteatrlarda Azərbaycanı, incəsənətimizi, mətbəxtimizi tərənnüm edən komediya filmi çıxacaq. Bunu biz etmişik. Televiziyalarda qadağan olunan “Parni iz Baku” komandası edib”.

DİGƏR XƏBƏRLƏR

Top