Şəhid kapitanın həyat yoldaşı: "Qisasının alınması məni sakitləşdirir" – VİDEO


"Həyat yoldaşımın qisasının alınması məni həm qürurlandırır, həm də sakitləşdirir. Övladlarıma gələcəkdə atalarının və ordumuzun şücaətindən danışacağam. Mən fəxr edirəm ki, kapitan Həsənov Ceyhunun xanımı, o cümlədən gələcəyin iki əsgərinin anasıyam".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri İkinci Qarabağ müharibəsinin qəhrəman şəhidlərindən kapitan Ceyhun Həsənovun həyat yoldaşı Rəvanə Həsənova Prezidentə ünvanladığı məktubda yazıb. O Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bildirib ki, şəhid Ceyhun Həsənovun necə bir qəhrəman olduğunu bütün Azərbaycanın bilməsini istəyir:
“İstəyirəm ki, gələcəkdə övladlarım atalarının necə bir insan, necə bir qəhrəman olduğunu bilsinlər”.

 

DİGƏR XƏBƏRLƏR

Top