Bakıda yük maşını yaşayış evinə girib, qaz xətti alışıb VİDEO

Bakıda yük maşını yaşayış evinə çırpılıb. Şahidlərin veriyi məlumata görə, hadisə ötən gecə Zığ yolunda qeydə alınıb. Qum ilə dolu “KamAZ” markalı yük maşını idarəetməni itirərək yol kənarındakı hasara, daha sonra yaşayış evinə çırpılıb. Yük maşını arxaya hərəkət etmək istəyərkən minik avtomobilini əzib. Qəza nəticəsində bir vətəndaşın hasarı uçub və digər bir vətəndaşa məxsus yaşayış evinə ciddi ziyan dəyib. Qəza zamanı yol kənarındakı elektrik və qaz xətləri də qırılıb. Nəticədə yanğın meydana gəlib. Qəza səbəbindən sözügedən ərazidə yaşayan şəxslərə elektrik enerjisinin və təbii qazın verilişində məhdudiyyətlər yaranıb. apa

ev

DİGƏR XƏBƏRLƏR

Top