Rusiya və Türkiyə arasında Qarabağda atəşkəsə nəzərətlə bağlı memorandum imzalandı - FOTO/VİDEO


Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıblar.

Qarabağ bölgəsində atəşkəsin və sabitliyin qorunmasında önəmli bir addım atıldığını vurğulayan türkiyəli nazir anlaşma üzrə həyata keçiriləcək fəaliyyətin bölgə üçün səmərəli və faydalı olmasını arzu edib.

Birgə mərkəz Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq. 

DİGƏR XƏBƏRLƏR

Top