
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan işğal altında olan Azərbaycan torpaqların geri qaytarılma tarixləri barədə açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, Ərdoğan TBMM-dəki çıxışı zamanı bildirib ki, tərəflər arasında əldə edilən razılığa əsasən Ermənistan Kəlbəcəri 15 noyabrda, Ağdam və Qazaxın işğal altındakı bölgələrini 20 noyabrda, Laçını isə 1 dekabra qədər boşaldacaq. Bütün bu ərazilər Azərbaycana qaytarılacaq:
"Azərbaycanla Naxçıvan arasında nəqliyyat bağlantısı təmin ediləcək, yol çəkiləcəkdir. Eyni zamanda Ermənistanla Xankəndi arasında nəqliyyat koridoru açılacaq. Daha sonra azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına qaytarılacaq".
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                